Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Bakı meri ilə qaçqınlar arasında qalmaqal

Binəqədi rayonu, 9-cu mikrorayonda, Həmzə Babaşov küçəsində tikilən yeni məscid kompleksi əraziyə yaxın binada yaşayan qaçqın və məcburi köçkünlərə problem olmaqda davam edir. Belə ki, məscidin inşası ilə bağlı bir müddətdir ki, qaçqın və məcburi köçkünlərin yaşadığı yarımçıq, şəraitsiz binaya kommunal xidmətlərin ödənilməsi də dayandırılıb.

Həmin binada yaşayanların "Qafqazinfo"ya verdikləri məlumata görə, artıq iki aydır ki, evlərinə qaz, su və işıq verilmir. Qaçqınlar isə tezliklə onlar üçün tikilmiş binaya köçürülmə prosesinin həyata keçirilməsini tələb edirlər. Bu məqsədlə dünən 100-ə yaxın qaçqın və məcburi köçkün Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında aksiya keçirməyə cəhd ediblər. Ərazi həmin an polis nəzarətinə götürülüb. Qaçqınlar Bakı meri Hacıbala Abutalubovla görüşmək istədiklərini və görüş üçün şərait yaradılmasını tələb ediblər.

Bundan sonra mer və Binəqədi Rayon İcra başçısı Xaləddin İsgəndərov hadisə yerinə gəliblər. Qaçqınlar problemlərini merə bildirsələr də, danışıqlar nəticəsiz qalıb. Bundan qəzəblənən Hacıbala Abutalıbov qaçqınlara kobud cavab verib və onları təhqir edib. Daha sonra isə hadisə yerini tərk edib.

Şikayətçilər bildirirlər ki, Hacıbala Abutalıbovun bu hərəkətini cavabsız qoymayacaqlar. Hadisə ilə bağlı müvafiq qurumlara və ölkə prezidentinə müraciət edəcəklər.

Məsələ ilə bağlı Hacıbala Abutalıbovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Qeyd edək ki, inşa edilən yeni məscid kompleksi Azərbaycanın ən hündür ibadət evi olacaq. Məscid kompleksi eyni vaxtda 2000-dən çox adama xidmət edə biləcək. Birmərtəbəli tikilinin əsas binasının hündürlüyü 40 metr, minarələrinin hündürlüyü isə 60 metr olacaq. Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan digər salon isə təxminən 350 kvadratmetr olacaq.

Məscidin tikintisi, həmin ərazinin abadlaşdırılması, yenidənqurma və digər bütün məsələlər Bakı meri Hacıbala Abutalıbovun nəzarəti altındadır. O mütəmadi olaraq ərazidə olur, yenidənqurma işlərinə baxış keçirir.

1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP