Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2014

“Boko Haram” qruplaşmasının 53 məhv edilib

Nigeriya ordusu “Boko Haram” qruplaşmasının 53 üzvünü məhv edib

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında “Boko Haram” qruplaşmasının 53 üzvünü məhv edib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, “Boko Haram” yaraqlıları iyulun 5-də Damboa şəhərində yerləşən hərbi bazanı ələ keçirməyə cəhd ediblər.

Nigeriyanın müdafiə nazirliyi döyüşdə 6 hərbçinin həlak olduğunu bildirib.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.
1354 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.