Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2014

Bir əsrdir oruc tutan adam

Türkiyədə yaşayan yaşlı bir kişi 1 əsrdir hər Ramazan ayında oruc tutur.

Ağrının Doğubəyazid rayonunda 14 övlad, 77 nəvə sahibi olan 107 yaşlı İsa Çingiz adlı şəxs bir əsrdir oruclarını yarımçıq qoymadan sona qədər tutur.

Doğubəyazid rayonuna 106 il əvvəl İrandan gələn İsa bəy uzunömürlü olmağın və sağlam yaşamağın sirrini təbii qidalanma ilə əlaqələndirib.

100 yaşında Həccə, 104 yaşında Ümrəyə gedən İsa bəy vaxtının əksər hissəsini Quran oxuyaraq keçirir. Yaşının çox olmasına baxmayaraq, namazlarını da evindən uzaqda yerləşən məsciddə gedib qılır.

"7 yaşımdan bəri oruc tuturam. Hər Ramazan oruc tutdum . Rəcəb və şaban aylarında da oruc tuturam. Yediklərimə fikir verirəm, təbii qidalanıram" - deyə, 107 yaşlı İsa bəy bildirib./ans/
1495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...