Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2014

Çin internet bəlasına qarşı müharibə başlatdı

İnternetin kliniki pozğunluqla nəticələndiyini etiraf edən ilk ölkə Çin Xalq Respublikası olub. Araşdırmalar göstərib ki, yaş kateqoriyası baxımından internet əsirinə çevrilənlər daha çox gənclər və yeniyetmələrdir. Çin hökuməti vəziyyəti nizamlamağı, gəncləri bu asılılıqdan qurtarmağı qərara alıb.Bunun üçün dünyada analoqu olmayan “islah” düşərgləri yaradılacaq.

Bir vaxtlar fəaliyyət göstərən pioner düşərgələrinə çox az bənzəyən “islah" düşərgələrində hərbçilər işləyəcək. Yeniyetmələr və gənclər hərbi intizam rejimində bir sıra ağır fiziki və məişət tapşırıqlarını yerinə yetirməli olacaqlar.

Bütün gənclər psixoloqla söhbətdən keçəcəklər. Onlara ciddi xəbərdarlıq edilib. Yeniyetmələr və gənclər valideynlərinə sözsüz tabe olmalıdırlar. Hər hansı tapşırığı yerinə yetirməkdən boyun qaçırmaq olmaz. Əks halda cəzanı bütün qrup çəkəcək.

Bütün bunlarla yanaşı, "islah" düşərgələrində əyləncə saatları da nəzərdə tutulub. Həmin saatlarda gənclərə ancaq Çin xalq rəqsləri öyrədiləcək.
Çində yaxın vaxtlarda 250 belə “islah” düşərgəsi açmaq planlaşdırılır.
1311 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi