Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2014

İraqda daha iki general vəzifədən azad edilib

İraq Silahlı Qüvvələri Quru Qoşunları komandanı general-leytenant Əli Feydan tutduğu vəzifədən azad edilib.

Uyğun sərəncamı ölkənin baş naziri Nuri əl-Maliki imzalayıb. İraq Federal Polis İdarəsinin rəisi, general-leytenant Möhsün əl-Abi də tutduğu vəzifədən uzaqlaşdırılıb. Onların yerini tutacaq şəxslərin adları hələlik açıqlanmayıb.

Məlumata əsasən, al-Malikinin hərbi sahədə kadr dəyişikliyi davam edəcək. Generalların vəzifədən azad edilməsinə səbəb kimi “İraq Şam İslam Dövləti” terrorçularına qarşı mübarizədə “ordunun fəaliyyətsizliyi” göstərilir.

Bir müddət öncə Mosul ətrafında İŞİD-ə qarşı döyüşdə İraq qoşunlarına uğursuz rəhbərlik etdikləri üçün 3 briqada generalı da vəzifəsindən azad edilmişdi.

Onların işinə hərbi prokurorluqda baxılacaq./lentaz/
1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...