Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2014

Vətəndaşlığı dəyişənləri həbs gözləyir

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklərdən sonra maraqlı mənzərə yaranıb. Qanunun 10-cu maddəsinə dəyişiklikdən sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunun tələbini pozan şəxsləri iki ilə qədər həbs cəzası gözləyir.
Amma baş verənlərdə maraqlı bir məqam ondan ibarətdir ki, hazırda ölkədən xaricdə yaşayan və başqa ölkənin vətəndaşlığına keçməyi düşünən soydaşlarımızın əksəriyyəti belə bir dəyişiklikdən xəbərsizdir. Heç belə bir dəyişiklik barədə Azərbaycanda yaşayanlar belə yüksək səviyyədə məlumatlı deyil. Belə olan halda hökumət bu məsələnin həllini necə planlaşdırır?

Müzəffər Baxışov: «Kiminsə başqa ölkənin vətəndaşlığını əldə etməsiylə bağlı onun cinayət məsuliyyətinə cəlb edilməsi biyabırçı bir haldır»

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanunun 10-cu maddəsində əvvəl vurğulanırdı ki, Azərbaycan vətəndaşının başqa ölkəyə mənsubiyyətini tanımır. Amma indiki halda isə bu maddə dəyişdirilib və dəyişiklikdən sonra maddədə göstərilir ki, əgər Azərbaycan vətəndaşı başqa dövlətin vətəndaşlığını əldə edirsə, bu haqda müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Hələlik həmin müvafiq orqanının hansı təsisat olacağı məlum deyil. Bu dövlət başçısının sərəncamından sonra məlum olacaq. Belə bir orqan isə ya XİN, ya da Miqrasiya Xidməti ola bilər: «Əgər bir ay müddətində Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etməsi barədə məlumat verməsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Hesab edirəm ki, bu çox məsuliyyətsiz bir addımdır. Kiminsə başqa ölkənin vətəndaşlığını əldə etməsiylə bağlı onun cinayət məsuliyyətinə cəlb edilməsi biyabırçı bir haldır. Çünki o əməllər cinayət sayılır ki, onlar şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirsin. Cinayətin əsas obyektləri şəxsiyyətə, cəmiyyətə və dövlətə zərər yetirmə sayılır. Əgər Müzəffər Baxışov gedib hər hansı dövlətin vətəndaşlığını əldə edirsə, onun bu hərəkəti şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirmir. Bu hüququn prinsiplərinə uyğun olmayan bir qaydadır. Amma təəssüflər olsun ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda belə bir ifadə yer alıb».
Milli Məclisin payız sessyiasında bu məsələnin müzakirəyə çıxarılmasının gözlənildiyini deyən M.Baxışov vurğuladı ki, Cinayət Məcəlləsinin 1.3 maddəsinə görə, cinayət məsuliyyətini nəzərdə tutan qanunlar yalnız bu məcəlləyə daxil edildikdən sonra tətbiq edilə bilər. Ona görə də nə qədər Azərbaycanın Cinayət Məcəlləsində bu məsələlərlə bağlı məsuliyyət müəyyən edilməyib, qanun tam formada tətbiq oluna bilməz.
Qanunun tətbiqi barədə məlumatlandırma isə M.Baxışovun fikrincə, Azərbaycanın xarici ölkələrdəki konsulluqları, səfirlikləri vasitəsilə aparılmalıdır./azadlıq/
1363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı