Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

Sədərəkin buraxılan gömrük rəisi haqda daha bir xəbər

Onun girov saxlandığı barədə iddia var...

Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun azadlığa buraxılması haqda daha bir xəbər yayılıb. “Azadlıq”ın yazdığına görə, gömrük şefinin azadlığa buraxılması üçün Azərbaycan hakimiyyəti çoxsaylı cəhdlər edib. Lakin Azərbaycan hakimiyyəti ilə Ərdoğan arasında “nurçu məsələsi” tam həllini tapmadığı üçün Seyidovun azadlığa buraxılması mümkün olmayıb.

Sədərək gömrük-keçid məntəqəsinin rəisi bir növ girov kimi saxlanılıb. Nəhayət, Azərbaycan hakimiyyəti ölkədə nurçu məktəblərinin bağlanması qərarını verdikdən və bununla da nurçulara sarsıcıdıcı zərbə vurduqdan sonra Seyidovun azadlığa buraxılması reallaşıb. İddia olunur ki, Seyidov məhz bu məsələyə görə azadlığa çıxıb.

Qeyd edək ki, Mirməhəmməd Seyidov həbsdən azad olunaraq İstanbul reysi ilə Bakıya göndərilib.

Xatırladaq ki, onu ötən il dekabrın 17-də Türkiyənin Qars şəhərinin hava limanında bu ölkənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. Həmin vaxt Dilucu sərhəd-keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi və 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı.

Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq qaçaqçılığı etməkdə şübhəli bilinirdilər. Türkiyə mətbuatının məlumatına görə, saxlanılanların sorğu-sualı zamanı rüşvətin Sədərək gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq, tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. Həmçinin, hər iki tərəfdən olan gömrükçülərin telefon danışıqları da məlum olub.

Məlumatlarda bildirilir ki, Türkiyə tərəfindəki gömrük məmuru Seyidovu cib telefonu ilə arayanda “Sancılandım, mənə dərman göndər” deyərək pay istəyirmiş. Seyidovun isə qarşı tərəfə “Sancın üçün dərman göndərdim” deyə cavab verdiyi bildirilir. Normal günlərdə isə Sədərək Gömrük İdarəsinin rəisi toplanan rüşvət pullarını paket içində əməkdaşlıq etdiyi adamlara pay verirmiş.
1370 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı