Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

“Evimə yeni hücum gözləyirəm”

Leyla Yunus bu gün prokurorluğa getməyəcək: “Müstəntiqə dedim ki, sənədlər qaytarılandan sonra gələcəyəm...”
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 7-də səhər saat 10-da Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Musavat.com-a Leyla Yunus özü bildirib.

Onun sözlərinə görə, ona müraciət edən müstəntiq İbrahim Ləmbaranskiyə bildirib ki, prokurorluq qanuna riayət etməlidir: “Dedim ki, prokurorluq qanuna riayət etsin, əmrə yox. Onlar qanunsuz olaraq mənim pasportumu, yoldaşımın pasportunu və evimin kağızlarını saxlayıblar. Onları gətirib qaytarsınlar, sonra mən onlarla görüşərəm. Görək indi ayın 7-də nə edəcəklər, evə kimi göndərəcəklər”.

Hüquq müdafiəçisi deyib ki, müstəntiq iyulun 4-də ona zəng edərək ifadə verməyə dəvət edib: “Mən ona dedim ki, prokurorluq qanun və hüququmu pozur. Aprelin 28-də mənim, həyat yoldaşımın xarici pasportları və mənzilimin sənədləri qanunsuz olaraq götürülüb. İki aydan çoxdur sənədlərimiz qaytarılmır. Ona görə müstəntiqə dedim ki, sənədlər qaytarılandan sonra prokurorluğa gedəcəm. Ona bildirdim ki, rəhbərliyə qanun və hüquqlara riayət etməyi çatdırsın. Amma Ləmbaranski mənimlə kobud və təmkinsiz danışırdı. O, sənədlərin qaytarılmayacağını bildirdi və idarəyə gəlməyimi tələb etdi”.ə

Leyla Yunus Meydan.tv-yə isə bildirib ki, media və həmkarlarına xitabən telefon danışığından 4 nəticə çıxarıb: “Prokurorluq əvvəlki kimi saxta ittihamlarla həbs etmək istəyir. 4 iyulda mənə üçüncü hücum oldu. Aprelin 28-də həyat yoldaşımla qanunsuz olaraq hava limanında saxlanılaraq 9 saat dindirilmişik, bu, prokurorluğun cinayəti idi. Mayın 29-da müstəntiq İbrahim Ləmbaranski ikinci dəfə məni dindirilməyə çağırdı, görünür, 9 saatlıq dindirilməm yetərli olmayıb. Mən prokurorluğa getməyə etiraz etmədim. Sadəcə, sənədlərimizin qaytarılmasını istədim, amma qaytarmadılar. Hətta məni polis zoru vasitəsilə aparmağa cəhd etsələr də, jurnalistlərin müdaxiləsi buna imkan vermədi. Üçüncü, yenidən mənzilimizə MTN-nin, polisin, prokurorluğun əməkdaşlarının hücumunu gözləyirəm. Prokurorluq qanun və hüquqları pozmaqda davam edir. Ona görə mövcud durumu diqqət saxlamağı xahiş edirəm”.
1334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı