Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

“Pokrov” bazarının bağlanması qanunidir

Moskva Şəhər Məhkəməsi “Pokrov” bazarının fəaliyyətinin dayandırılmasını qanuni sayıb

Oktyabrın 30-da Moskva Şəhər Məhkəməsi Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazarının fəaliyyətinin 90 gün müddətinə dayandırılması barədə qərarı qüvvədə saxlayıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsi Çertanov Rayon Məhkəməsinin qərarı ilə bağlı apelyasiya şikayətini əsassız sayıb.

Qeyd edək ki, bazarın sahibi olan “Novıe Çeremuşki” QSC Çertanov Rayon Məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı Moskva Şəhər Məhkəməsinə müraciət etmişdi.

Xatırladaq ki, oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakov adlı gəncin qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalov təqsirli bilinərək həbs edilib. Hadisədən 3 gün sonra rus millətçiləri azərbaycanlıların çalışdığı “Pokrov” bazarına hücum çəkib, çoxlu sayda insana xəsarət yetirilib, ticarət mərkəzinə ciddi maddi ziyan dəyib.
2141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP