Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

ən-Nusra terrorçuları Sabirabad olayına görə Azərbaycanı hədələdi

Sabirabadda zorla saqqalı qırxılan vəhhabi ilə bağlı xəbərlərə xaricdən reaksiya gəlib. Suriyda Əsədə qarşı vuruşan ən-Nusra Terror təşkilatı adından Azərbaycan hədələnib. Suriyada döyüşən azərbaycanlıların sözcüsü olaraq bilinən Furkan Azeri adlı şəxs sosial şəbəkə vasitəsilə hədələrini yollayıb.

O, rəsmi "Twitter" hesabından "Sabirabadda yaşananların intiqamı alınacaq, unutmayacağıq",- deyib: "Azərbaycanın Sabirabad şəhərində zorla saqqalı kəsilən qardaşımızı əsla unutmayacağıq və unutdurmayacağıq".
Qeyd edək ki, bundan əz əvvəl bu hədəni İŞİD terror təşkilatı adından təqdim etmişdik. Lakin sonradan apardığımız dəqiqləşdirmələr göstərir ki, Furkan Azeri İŞİD-ın deyil, təkfirçilərin digər terror qolu olan ən-Nusranın üzvüdür./musavat/
1016 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı