Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

Hələb hökumət tərəfindən tamamilə mühasirəyə alınıb

“Hələbin mühasirəyə düşməsi artıq real bir fakta çevrilib və hərbi durum çox pisdir”

“Hələbin mühasirəyə düşməsi artıq real bir fakta çevrilib və hərbi durum çox pisdir”. İnterAz-ın əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, bunu Suriya müxalifəti koalisiyasının sözçüsü Luay Safi deyib.

Müxalifət rəsmisi vəziyyətin bu yerə gəlib çıxmasında “Suryanın dostları” adlanan ölkələri təqsirləndirib.

Qeyd edək ki, Suriya ordusu 3 gün öncə Hələbin şimalında yerləşən Şeyx Naccar sənaye rayonunu və ətraf bölgələri ələ keçirdikdən sonra müxalifətin yardım dəhlizləri hakimiyyətin asan hədəfinə çevrilib.

Bu arada müşahidələr göstərir ki, son günlərdə Suriya müxalifəti qruplaşmalarının “İslam Dövləti” (İŞİD) ilə qarşıdurması daha çox vüsət alıb və qruplaşmalar həddən artıq zəifləyiblər.
1172 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP