Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Uranın 20 faizlik zənginləşdirilməsini davam edir

İran uranın 20 faizlik zənginləşdirilməsini davam etdirir – Əli-Əkbər Salehi
“İranda uranın 20 faiz zənginləşdirilməsi işləri heç vaxt dayandırılmayıb.”

SalamNews-un "Mehr" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli-Əkbər Salehi bildirib.

O, Tehrandakı nüvə reaktorunun yanacağının təmin edilməsinin zəririliyindən söz açaraq, ölkədə uranın zənginləşdirilməsi işlərinin hazırda davam etdiyini deyib.

Xatırladaq ki, hazırda İran və “Altılıq”ın nüvə, bank, sanksiya və digər sahələr üzrə mütəxəssisləri Vyanada müzakirələr aparırlar. Müzakirələrin getdiyi bir zamanda ABŞ tərəfindən yeni sanksiyaların tətbiq edilib edilməməsi ilə bağlı gələn mesajlar iranlıları qıcıqlandırıb. Görünür, iranlılar da belə bir zamanda uranın 20 fazilik zənginləşdirilməsi məsələsindən yararlanaraq qarşı tərəfə güzəştlərə getmək üçün təzyiqlər göstərirlər.
1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14
<