Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

Vasif Talıbov ruhanilərə vahid forma satır - 100 manat

Naxçıvan Muxtar Respublikasında yas məclisi aparan mollalar və məscid axundları vahid geyim formasına keçirlər.

Bu barədə Naxçıvandakı mənbədən xəbər daxil olub. Mənbənin dediyinə görə, artıq muxtar respublikanın bütün kənd və qəsəbələrindəki mollalardan və dini xadimlərdən onların geyim ölçüləri götürülüb.

Qərara görə, avqustun 1-dən hamı vahid formada olmalıdır. Formadan başqa, onların hamısına eyni təsbеh və müqədəs Quran veriləcək: “Geyimdən fərqli olaraq dini ləvаzimatlar və müqəddəs Quran onlara hədiyyə ediləcək”, – deyə xəbərdə qeyd olunur.

Hüzr mərasimlərinin verilməsi üçün – bura ölünün dəfni və yas mərasimlərinin yola verilməsi daxildir - vahid qiymət də müəyyənləşdirilib. Bütün bu mərasimlərə görə ölü yiyəsindən 100 manatdan artıq pul alınmaması nəzərdə tutulub./axar/
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı