Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

ABŞ Pakistanda 67 dinc sakini qətlə yetirib

Pakistan hakimiyyəti ABŞ tərəfindən günahsız öldürülən vətəndaşlarının sayını açıqlayıb.

Ümumi qurbanların 3 faizini dinc vətəndaşlar təşkil edir.

Pakistanın müdafiə nazirliyi bildirib ki, bu, müstəqil təşkilatların dəyərləndirməsindən xeyli azdır. Məlumata görə, 2008-ci ildən etibarən ABŞ-ın pilotsuz uçan təyyarələrinin həmləsi 67 dinc sakinin ölümünə səbəb olub.

Nazirliyin məlumatına əsasən, builki aviazərbələr nəticəsində dinc sakin həlak olmayıb. Belə ki, Amerika hərbi aviasiyası ümumilikdə 300-dən artıq hava zərbəsi endirib. Nəticədə 2 mindən çox insan öldürülüb.

Qeyd edək ki, Pakistanda bir çoxları ABŞ-n pilotsuz uçan təyarələrinin bombardımanına etiraz edir./Ans
1828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP