Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

Eduard Şevardnadze vəfat edib

Müstəqil Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze bu gün vəfat edib.

E. Şevardnadze 87 yaşında paytaxt Tbilisidə dünyasını dəyişib. Köməkçisi Marina Davitaşvili faktı təsdiqləyib: “O, uzun sürən xəstəlikdən sonra bu gün saat 12-də vəfat etdi. Mən hazırda başqa şərh verə bilmərəm”.

E. Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstanın Lançxuti rayonunda doğulub. Gürcüstan SSR-də ictimai qayda-qanunun mühafizəsi naziri, daxili işlər naziri, Gürcüstan KP MK-nın 1-ci katibi vəzifələrində çalışıb. SSRİ Kommunist Partiyası Siyasi Bürosunun üzvü olub. Sosialist Əməyi Qəhrəmanı adını alıb. Daxili xidmət general-mayoru olub. 1991-ci ildə çox qısa müddət (18 noyabr – 8 dekabr) SSRİ-nin xarici işlər naziri vəzifəsində çalışıb. 1992-ci ildə müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın devrilməsindən sonra əvvəlcə Dövlət Şurasının sədri, sonra parlamentin sədri kimi ölkəyə başçılıq edib və 1995-ci ildə prezident seçilib. 2003-cü ilin payızında “qızılgül inqilabı” nəticəsində istefa verib.

Hələlik E. Şevardnadzenin nə vaxt dəfn olunacağı açıqlanmayıb./apa/
1269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:54