Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

İŞİD-ə qoşulan azərbaycanlı geri qayıtdı

Suriyaya gedən azərbaycanlı Bakıda saxlanılıb. Bu barədə etibarlı mənbədən məlumat daxil olub. Qeyd olunur ki, həmin şəxs xeyli müddət Suriyada "Ən-Nusra" Cəbhəsi sıralarında, daha sonra İŞİD-in tərkibində döyüşüb. Adı açıqlanmayan yaraqlı bir müddət əvvəl yaralanaraq Azərbaycana qayıdıb və burada saxlanılıb.

Həmin şəxs çətinliklə Azərbaycana gəlib. Azərbaycanlı Suriya və İraqda gedən müharibələrin xarici ölkələrin ssenarisi və dinlə heç bir bağlılığının olmadığını görüb. Aparılan mübarizənin sonunun olmadığını və ölümlə bitəcəyini yəqin edən həmyerlimiz silahlılara qoşulduğu üçün peşmanlıq keçirib və geriyə dönüş yolları axtarıb.

Nəhayət, özünü yaralayan soydaşımız müalicə adı altında Türkiyəyə, oradan isə Azərbaycana dönüb. O, Bakıda dövlət xəstəxanalarının birində hüquq mühafizə orqanlarının nəzarəti altında müalicə olunub.

Mənbə keçmiş yaraqlının müalicədən sonrakı taleyi barədə məlumatsız olduğunu dedi.
1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:13