Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

“Siyavuş Novruzovun falçı olduğunu bilmirdim”

“Siyavuş Novruzovun falçı olduğunu bilmirdim” – Sülhəddin Əkbər

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mətbuata açıqlamasında Sülhəddin Əkbərin hansı partiya yaranmasından asılı olmayaraq o partiyanın heç bir sosial bazaya və elektorata malik olmayacağını bildirib.


Siyavuş Novruzovun səsləndirdiyi fikirlərlə bağlı ADP sədri Sülhəddin Əkbər “Qafqazinfo” ya açıqlama verib. “Mən Siyavuş Novruzovun falçı olduğunu bilmirdim. Yəni gələcəklə bağlı belə falçılıq edibsə, deməli təzə qabiliyyəti var. Bundan da məlumatım oldu. Siyavuş Novrzuovun da təmsil olunduğu hakim partiya elə bir şərait yaradıb ki, ölkədə normal siyasi mühit yoxdur. Bunun üçün demokratik şərait və azad, ədalətli seçkilər olmalıdır. Seçkilər eyni zamanda proporsional sistemlə keçirilməlidir ki, siyasi partiyalar güclənə bilsinlər. O baxımdan antidemokratik mühitdə istənilən partiyanın fəaliyyət göstərməsi çətindir. Çünki insanlar siyasətin perspektivini görmədiyinə , ölkədə siyasi proses olmadığına görə siyasətə o qədər də maraq göstərmirlər. Ona görə də bütün partiyalar kimi, biz də çətin şəraitdə işləməli olacağıq”.
1328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber