Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

Rufulla Axundzadənin səhhəti yenidən pisləşib

Məhbus islamçı Rufulla Axundzadənin səhhəti yenidən pisləşib. Onun vəkili Anar Qasımlı deyib ki, səhhətinin pisləşdiyini ailəsinə Rufulla Axundzadə özü xəbər verib.

Anar Qasımlı Rufulla Axundzadənin müalicə müəssisəsinə köçürülməsini istədiyini də söyləyib: “O, həmişəki kimi ürək ağrılarından əziyyət çəkir. Rufulla Axundzadənin müalicə müəssisəsinə köçürülməsi üçün müraciət hazırlayırıq. İyulun 8-də onunla görüşməyi planlaşdırıram”.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.

Rufulla Axundzadə cəzasını 15 saylı Cəzaçəkmə Müəssisəsində çəkir./mediaforum/
1793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber