Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2014

Hacı Abgül Süleymanovdan xəbər var

Ruhani yenidən 13 saylı CÇM-ə köçürüləcək

Vəkil Zaman Səmədov hal hazırda 8 saylı Qapalı tipli CÇM-də saxlanılan ilahiyyatçı-alim hacı Abgül Süleymanovla görüşüb.

Bu barədə İslamazeri.az-a danışan Zaman Səmədov qeyd edib ki, “Hacı Abgül Süleymanovun səhhəti yaxşıdır, hamıya salam, duası var. İyul ayının 10-u 8 saylı qapalı cəza çəkmə müəsisəsindəki müddəti bitir. Çox güman bu tarixdən sonra hacını əvvəl saxlandığı 13 saylı CÇM-ə köçürəcəklər. Məndən əvvəl hacı Abgüllə digər vəkil Cavad Cavadov görüşüb və onu deyib ki, ali məhkəməyə kasasiya şikayəti verib. Bu barədə daha dəqiq məlumatı Cavad Cavadov bilir.”

Qeyd edək ki, ölkənin tanınmış ruhanisi hacı Abgül Süleymanov 2012-ci ilin avqust ayının 11-i Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə şərlənərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
1455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.1