Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

İşğalçı İsrail ordusu HƏMAS-a qarşı əməliyyata başladığını bəyan edib

Qondarma İsrailin müdafiə ordusu Qəzza zolağından ölkənin cənubuna davam etməkdə olan raket zərbələrinə cavab olaraq HƏMAS hərəkatına qarşı əməliyyata başladığını bəyan edib.

İTAR-TASS-ın verdiyi xəbərə görə, iyulun 7-də Qəzzadan buraxılan onlarla raket İsrailin cənub ərazilərinə düşüb.

İşğalçı İsrailin müdafiə ordusunun rəsmi saytında gün ərzində ölkənin cənubuna Qəzzadan 80 raketin buraxıldığı bildirir. 2014-cü ilin əvvəlindən isə İsrail ərazisi 450 dəfə raket zərbələrinə məruz qalıb.

Məlum olduğu kimi, İsrail ərazisinin raket atəşinə tutulmasına görə məsuliyyəti HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam” öz üzərinə götürüb. Qeyd edək ki, Qüdsdə fələstinli yeniyetmə Muhəmməd əbu-Hideyrin qətlə yetirilməsi İsrail-Fələstin sərhədində vəziyyəti son dərəcə gərginləşdirib.
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP