Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Ermənilər təlimlərdə

Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “basılmaz qardaşlıq 2014” adlı hərbi təlimlərinə start verilir.
Qırğızıstan silahlı qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilir ki, təlimlərdə üzv olan ölkələrin sülhməramlıları iştrak edəcək.

Ermənistanda daxil olmaqla Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Belarus sülhməramlıların iştrak edəcəyi təlimlər 3 etapdan ibarət olacaq və 2014-cü ilin 28 iyulundan 1 avqust tarixinə kimi çəkəcək.

Qırğız Respublikası Silahlı Qüvvələri Baş qərargahından verilən məlumata görə sülhməramlılar münaqişələrin qarşısının alınmassı əməliyyatları, humanitar malların qorunması, eləcə də sülhməramlılara hücumların dəf olunması təlimlərini keçirəcəklər. Eləcədə şəxsi heyətə sahələrin minalardan təmizlənməsi, həyati vacib obyektlərin qorunması, girovların azad edilməsi, kütləvi iğtişaşların qarşısının alınması və insan haqqlarının qorunması yönündə təlimlər keçiriləcək.

Qeyd edək ki, 15 may 1992-ci il tarixdə yaradılmış KTMT-nin üzvləri Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Belarusdur./ans/
1427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP