Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

44 Boko Haram üzvü qətlə yetirildi

Nigeriya ordusunun 44 Boko Haram üzvünün qətlə yetirməsi barədə məlumat yayılıb.

Ordu sözçüsü Kris Olukolad, Kerenoa bölgəsində təşkilat üzvləri ilə çıxan qarşıdurmalarda 44 Boko Haram üzvünün öldürüldüyünü, 6 əsgərin həyatını itirdiyini bildirib. Qarşıdurmanın ardından çox sayda terrorçu təşkilat üzvünün tutulduğunu yazan Olukolad, Boko Haramla mübarizənin davam edəcəyini vurğuladı.

Olukolad ordu qüvvələrinin və mülki insanların gizləndiyi Balmo meşələrində əməliyyatlarının davam etdiyini bildirərək "meşələrdəki əməliyyatlarda terrorçular və silahlı şəbəkələrinın tamamilə kökü qazındı. Tutulan şəxslər arasında muzdlu əsgər olmasından şübhələnilən iki xarici da vardı' deyə bildirib.

Jiqava əyalətindəki Balmo və Sambisa meşələri təşkilat üzvləri tərəfində hücum məqsədli istifadə edilən sığınacaqlar olaraq bilinir.

Borno əyalətində həftə sonu bir hərbi polis bölməsinə təşkil edilən hücumda 50 terrorçu öldürülmüşdü.

Boko Haram ilk olaraq hökumətin pis rəhbərliyinə və sui-istifadəyə qarşı mübarizə üçün 2000-ci illərin başında ortaya çıxdı.

Liderlərinin 2009-cu ildə ölümündən sonra şiddətə üstünlük vürilən Boko Haram təşkilatı bu günə qədər minlərlə adamın ölümündən və ibadət yerləri ilə dövlət təşkilatlarına təşkil edilən hücumlardan məsul tutulur.
1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:2