Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Pərviz Həşimlinin məhkəməsi istintaqsız keçiriləcək

Jurnalist hakimləri ədalətli hökm çıxarmağa səslədi

“Bilərəkdən ədalətsiz hökm və qərar çıxaran şəxs 3 il azadlıqdan məhrum edilir” 

İyulun 7-də Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti üzrə ikin baxış iclası keçirildi.

İclasda jurnalistin hər üç vəkili - Elçin Sadıqlı, Fariz Namazlı və Bəhruz Bayramov iştirak edib. Prosesdə vəkillər P.Həşimlinin işi ilə bağlı əlavə şahidlərin dindirilməsi və prosesin qismən məhkəmə istintaqı ilə aparılması barədə vəsatətlər veriblər. Vəsatətlər aşağıdakı kimi olub: “İfadələrdə deyildiyinə görə, Pərviz Həşimlinin evində silah tapılıb. Onun evində isə təhlükəsizlik kameraları quraşdırılıb, biz həmin videogörüntüləri istəsək də, onları bizə vermirlər. Bundan başqa, ifadələrdə Pərviz Həşimlinin bu silahları guya İrandan aldığı bildirilir. Elə isə müvafiq orqanlar İrana sorğu göndərsinlər və bu məqamları müəyyən etsinlər”.

Jurnalist də vəkillərin vəsatətini müdafiə edib. Hakimə müraciətində P.Həşimli verilən vəsatətləri müdafiə edərək hakimlərə müraciət edib. Jurnalist deyib ki, Cinayət Məcəlləsinin 295-ci maddəsinə əsasən, bilərəkdən ədalətsiz hökm və qərar çıxaran şəxs 3 il azadlıqdan məhrum edilir: “Ona görə də mən sizi ədalətli hökm çıxarmağa səsləyirəm”.
Müşavirədən sonra elan olunan qərara əsasən vəkillərin vəsatətləri təmin olunmayıb.
Mahiyyəti üzrə baxış iclası 14 iyul, saat 10.45-ə təyin edilib.

Pərviz Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi