Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Braziliya yoxsa Almaniya?

Bu gün Braziliyada təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start veriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq.

Finala çıxmaq uğrunda ilk olaraq Braziliya və Almaniya komandaları mübarizə aparacaq. Oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. Meksikalı hakim Marko Rodriqesin idarə edəcəyi oyun “Estadio Mineyrao” stadionunda baş tutacaq.

Qeyd edək ki, bu komandalar indiyədək beş dəfə qarşılaşıb. İki dəfə Almaniya, iki dəfə Braziliya millisi qalib gəlib. Bir oyun isə heç-heçə bitib.

Xatırladaq ki, digər yarımfinal görüşü çərçivəsində sabah Hollandiya-Argentina yığmaları üz-üzə gələcək. Bakı vaxtı ilə 01:00-da başlayacaq matçı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11