Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Laricani: “İran qırmızı xətti keçməyəcək”

Vyanada böyük altılıqla müzakirələrə qatılan İslam Şurası Məclisinin rəhbəri Əli Laricani İranın nüvə silahı ilə bağlı müzakirələrdə qırmızı xətti keçməyəcəyini bildirib.

İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının spikeri Seyid Hüseyn Naqavi Əli Laricaniyə istinad edərək, mətbuata verdiyi açıqlamada İran nüvə heyətinin bu zamana qədər edilən müzakirələrdə qırmızı xətləri aşmadığını və aşmayacağını bildirib. O, buna baxmayaraq, istənilən vəziyyətdə nəticə alınması üçün müzakirələri davam etdirəcəyini vurğulayıb.

Naqavi Hüseyni Məclisin dünənki iclasında etdiyi açıqlamada qərblilərin İranın nüvə haqlarını əlindən almaq istədiyini, ancaq buna nail ola bilmədiklərini və İran İslam Respublikasının güclü bir şəkildə nüvə haqlarını müdafiə etdiyini bildirib.

Qeyd edək ki, sözügedən mövzuda razılıq əldə olunması üçün tərəflərin 20 iyul tarixinə qədər fürsəti var.
1464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber