Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

"Boinq" ABŞ-da böyük bir qəza ilə gündəmə gəlib

Dünyanın ən məşhur təyyarə və vertolyot istehsalçısı olan "Boinq" ABŞ-da böyük bir qəza ilə gündəmə gəlib.

Cümə axşamı ABŞ-ın Kanzas ştatında yerləşən Viçita şəhərindən yük qatarına yüklənən 3 ədəd "Boinq 737" gövdəsi Montana ştatında Klark Fork çayına düşüb.

Hadisə ilə bağlı bidirilib ki, 90 vaqondan ibarət qatar Superior gölünün 30 kilometr şərqində relsdən çıxıb, nəticədə 19 vaqon yükləri ilə birlikdə çaya yuvarlanıb.

Qəzada "Boinq" şirkətinə böyük məbləğdə maddi ziyan dəydiyi bildirilir.

Qəzanı eşidərək gölə axın edən Montanalı vətəndaşlar isə hadisənin necə baş verdiyindən xəbərsiz olduqları üçün əvvəlcə baş verənləri çaşqınlıqla izləyiblər. Daha sonra isə rəsmilər tərəfindən hadisənin baş vermə səbəbi açıqlanıb./ans/












1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP