Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Şəkidə qadın öz evini yandıraraq intihar edib

Şəkidə evdə baş verən yanğın zamanı meyiti tapılan qadının şəxsiyyəti dəqiqləşdirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu, 1952-ci il təvəllüdlü İsmayılova Valentina Vulatovnadır.

Yanğın qadının yaşadığı Sabit Rəhman küçəsi bina-72, mənzil 36-da baş verib.

Yanğın zamanı ümumi sahəsi 32 kvadratmetr olan 2 otaqlı evin eyvanında 1 kv.m sahədə döşəmə hissəsi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər tərəfindən ev sahibəsi İsmayılova Valentinanın yanmış meyiti aşkarlanıb.

İlkin ehtimallara görə, hadisə intihar məqsədi ilə törədilib. Hazırda faktla bağlı hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində təhqiqat aparır. Qadının son zamanlar mənzildə tək yaşadığı, övladının isə Bakı şəhərində olduğu bildirilir.
1625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı