Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Naxçıvanda naməlum yoluxucu xəstəlik yayılır

Naxçıvanın Kəngərli rayonunda mal-qara arasında naməlum yoluxucu xəstəliyin yayıldığı bildirilir. Rayon sakinlərinin sözlərinə görə, xəstəlik sürətlə yayılsa da baytarlıq idarələri reaksiya vermir. Baxımsızlıq ucbatından artıq ölən mal-qara da var.

Sakinlər deyir ki, xəstəlik ən çox İranla sərhəddə yerləşən Şahtaxtı kəndində yayılıb.

Kənd sakini Əjdər Hacıyev 8 baş mal-qarasının birində xəstəlik aşkarlandığını bildirir. O, xəstəliyin digər heyvanlara da yoluxacağından narahatlığını dilə gətirir.

Əjdər Hacıyev kənd sakinləri ilə birlikdə bir neçə dəfə Naxçıvan Muxtar Respublikası və Kəngərli rayon baytarlıq idarələrinə üz tutduğunu, amma müraciətlərin cavabsız qaldığını söyləyir: "Deyirlər, pul verin, gəlib baxaq. Guya korrupsiyaya qarşı mübarizə aparılır. Niyə pul verməliyəm? Onların borcudur ki, xəstəliyin qarşısını alsınlar. Kəndlərdə cins heyvanları artırmaq üçün uğursuz süni mayalanma kampaniyası aparırlar, nəticəsi də olmur. Mənim xəstələnən cins erkək malım kəndin hər 10 inəyindən 7-ni təbii yolla mayalandırır. Özləri maraqlı olmalıdır ki, bu mal ölməsin. Ancaq xəstə buğaya baxmağa baytarlar pul istəyir. Bütün qazancım bu heyvanlardadır. O biri inəklər də yoluxsa, bataram. Kənddə xeyli heyvan xəstəlikdən qırılıb. Dərələr heyvan cəsədləriylə doludur. Vasif Talıbov heyvandarlığın inkişafını həmişə diqqətdə saxlayıb. Yəqin onun bu işlərdən xəbəri yoxdur".

Məmurların basqısından çəkinən və bu üzdən adının çəkilməsini istəməyən digər rayon sakini isə "Azadlıq"a deyib ki, heyvanlar arasında yayılan xəstəliyin ailə üzvlərinə keçəcəyindən narahatdır: "Xəstəlikdən 2 inəyim tələf olub, o birilər də ölmək üzrədir. Gəlib maraqlanan yoxdur. Heyvanlar bir tərəfə, indi mənim özümdə və uşaqlarda qızdırma başlayıb. Qorxuram ki, bizə də keçər. Dərdimizi kimə deyək, bilmirik".
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı