Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

"Qırmızı körpü"də "kartof müharibəsi"

Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-gömrük məntəqəsində gərginlik yaranıb. Bu barədə musavat.com-a hadisə yerində olan mənbələrdən xəbər verilib.
Bildirilir ki, sərhədin hər iki tərəfində yüzlərlə insan toplanıb və qarşı tərəfə keçmək istəyirlər. Ancaq Azərbaycan tərəfinin iradəsi üzündən bu keçiblər baş tutmayıb və bu kütləvi narazılığa səbəb olub.
Mənbə xəbər verir ki, narazılıq o qədər şiddətlənib ki, hətta çaxnaşma halları qeydə alınıb.
Onu da qeyd edək ki, bu günlərdə adı çəkilən sərhəd-buraxılış məntəqəsinin rəhbərliyi dəyişdirilib. Aldığımız məlumata görə, məntəqənin yeni rəisi özünü Kənan Nehrəmli adıyla təqdim edən birisidir və ayın 24-dən, rəis təyin edildiyi gündən öz qaydalarını tətbiq etməyə çalışır və narazılıq da bu üzdəndir.
Hadisə yerində olan mənbə xəbər verir ki, Kənan rəis məntəqəyə özüylə bir dəstə qoçu da gətirib və narazılığını bildirənləri, haqqını tələb edənləri döydürür.
Mənbənin bildirdiyinə görə, insidentə səbəb sakinlərin Gürcüstandan gətirdikləri kartofun ölkəyə buraxılmamasıdır. Xırda biznesmenlər, eləcə də sakinlər cari dolanışıqları üçün ölkəyə kiçik partiyalarlarla gətirdikləri mallar gömrük sərhədində saxlanılıb. Onlara bildirilib ki, yalnız “KamAZ”-la kartof gətirməyə icazə verilir. Özü də bu şərtlə ki, mal öncə Bakıya aparılsın, orada Baş Gömrük İdarəsində sənədləşdirilsin. Yalnız bundan sonra mal yenidən rayon bazarına çıxarıla bilər. Sakinlər də bu əcaib qərara etiraz edirlər.
Sakinlər bunu monopoliya kimi qiymətləndirirlər. Bu yaxınlarda İran öz ölkəsindən kartof ixracına qadağa qoyub. Monopolistlər bu məqamdan istifadə edib kartof idxalını tam şəkildə bir əldə cəmləməyə çalışırlar.(azadlıq)
1988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber