Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Sabirabaddan sonra Şimal bölgəsindən həyəcanlı xəbərlər gəldi

Bir neçə rayonda qərarlaşmış vəhhabilər məscidin qarşısına toplaşaraq təxribat törətmək istəyiblər, polisin gücləndirilmiş iş rejiminə keçdiyi deyilir

Sabirabadda baş verən məlum olaydan sonra vəhhabilərlə digər məzhəblərin nümayəndələri arasında yaşanan gərginlik inkişaf etməsə də, onun bəzi fəsadlara yol açacağı ehtimal olunurdu. Daha doğrusu, Aran bölgəsində vəhabilərdən birinin saqqalının qırxılması olayı artıq digər regionlardakı sələfiləri hərəkətə keçmək üçün bəhanə verib.

Dünən günorta saatlarından sonra Şimal bölgəsindən xoşagəlməz məlumatlar gəlməyə başlayıb. Belə ki, Qusar və Zaqatalada bir qrup vəhabinin yerli məscidlərin qarşısına toplaşaraq, orada ibadət edən digər məzhəblərin nümayəndələrini hədələyiblər. Onlar Sabirabadda baş verən hadisənin bölgədə təkrarlanmayacağını deyərək, kimsənin sələfilərə qarşı eyni addım ata bilməyəcəklərini bəyan ediblər. Üstəlik, həmin hadisənin qisasını almaq üçün addımlar atacaqlarını deyiblər.

Məlumatlara görə, məscid əhli toqquşma ola biləcəyindən ehtiyat edərək, rayon polis şöbələrinə zəng vuraraq, onlardan yardım istətyiblər. Zəngdən dərhal sonra hadisə yerinə gələn polis orada toplaşmış bir qrup adamı dağlışmağa çağırıb. İnsident yaranmadan onların hadisə yerini tərk etdiyi deyilir.

Lakin vəhhabilərin hansısa radikal addım atacağı ehtimalı rayon sakinlərini narahat etməyə başlayıb. Üstəlik, Qusar, Balakən və Zaqatalada naməlum şəxslərin şayələr yayması səbəbindən əhalidə qorxu halları baş qaldırıb. Amma yerli polis vəziyyətin tam nəzarətdə olduğunu və hər hansı bir təxribata əl atanların bağışlanmayacağını bəyan edib. Bu şayələrdən dolayı sözügedən rayonlarda polisin gücləndirilmiş iş rejiminə keçdiyi deyilir./jam/
1634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu