Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

İraqdakı terrorçular ruhi xəstələrdən kamikadze kimi istifadə edir

“İslam Dövləti” (DAİŞ) terror təşkilatının üzvləri İraqda və Suriyada xəstəxanalardan ruhi xəstələri oğurlayaraq verilən qısamüddətli təlimlərdən sonra onları kamikadze əməliyyatlarına hazırlayırlar.

SalamNews-un "FarsNews" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Diyala əyalətindəki təhlükəsizlik mənbələri məlumat veriblər.

Məlumata əsasən, terrorçular bu məqsədlə Diyalanın Calula rayonu ərazisindəki xəstəxanadan bir neçə ruhi xəstəni oğurlayaraq naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, bu barədə daha əvvəl İraqın “əl-Əta” hüquq təşkilatı da məlumat verib.
1209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı