Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

İŞİD istifadə etdiyi texnikanı Türkiyədən aparır

İŞİD-in əlində olan texnikanı Türkiyədən aparıb.

Mosulu işğal etməsi ilə bir anda dünya ictimaiyyəti arasında önə çıxan və İraq hökuməti üçün ciddi təhdid meydana gətirən radikal terror təşkilatı İŞİD-lə əlaqədar yeni məlumatlar ortaya çıxıb. Kəşfiyyatçılar İŞİD-in əlində Türkiyədən gətirilərək Suriyaya keçirilmiş minə yaxın silahla təchiz edilmiş avtomobilin olduğunu bildirib.

İŞİD üzvlərinin Türkiyədən gətirdikləri avtomobillərə Suriya sərhədinə daxil olmaq üçün saxta nömrələr vurduğu məlum olub.

Əldə olunan məlumatlara görə, 2013-cü ildən bu günə qədər Suriyaya bu yolla 1.800-ə yaxın avtomobilin keçirildiyi, onlardan 1000 ədədinin isə bilavasitə İŞİD-ə aid olduğu bildirilib.
1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20