Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Bakıda gənc ailə başçısı imkansızlıqdan intihar etdi

Gənc ailə başçısı maddi imkansızlıq ucbatından özünü asdı. Xətai rayon prokurorluğundan bildirilib ki, hadisə dünən səhər saat 10:00 radələrində baş verib. Belə ki, 1982-ci il təvəllüdlü Məmmədov İlkin Əkrəm oğlu yaşadığı evin mətbəxində qaz borusundan özünü asıb. Həkimlərin səyinə baxmayaraq, mərhumun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ailəsi tərəfindən iki uşaq atası İ.Məmmədovun özünü asmasına səbəb kimi maddi imkansızlıq göstərilib. Xətai rayon prokurorluğu və müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır./aznyus/
1148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.1