Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

İcra başçısı ilə əhali arasında qarşıdurma

Füzuli rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə rayon sakinləri arasında gərginlik yaranıb. Alıyevin qəbuluna düşmək istəyən vətəndaşlar istəklərinin əngəlləndiyini görüncə, narazılıqlarını daha kəskin şəkildə ifadə etməyə başlayıblar. İcra başçısının köməkçisi Zaur Nəsirovun sakinlərə Alı Alıyevin onlarla görüşmək istəmədiyini bildirməsi isə bu gərginliyi bir qədər də artırıb və onlar başçı ilə görşüməyəcəkləri halda heç yerə getməyəcəklərini deyiblər.

Sonra əraziyə polis çağırılıb. Şikayətçilərlə danışıq aparan polisin tələbindən sonra onlar İcra Hakimiyyəti binasından uzaqlaşıblar. Əldə etdiyimiz məlumata görə, icra başçısından narazı olan Füzuli sakinləri yaxın günlərdə yenidən İcra Hakimiyyətinin binası qarşısında toplaşacaqlarını və tələbləri yerinə yetirilməyənədək dirəniş göstərəcəklərini bildiriblər.

Qeyd olunur ki, vətəndaşların bu etirazına səbəb icra başçısı Alı Alıyevin rayonda yaratdığı dözülməz vəziyyətdir. Hətta məlumatlar arasında başçının bu əməllərinə etiraz olaraq 3 nəfərin İcra Hakimiyyətinin binası qarşısında özlərinə qəsd edəcəkləri xəbəri də yer alır.

Məsələ ilə bağlı əməkdaşımız Füzuli rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlayıb. İcra başçısı Alı Alıyevin köməkçisi, sözügedən məsələdə adı hallanan Zaur Nəsirov yayılan xəbərləri təkzib edib. Z.Nəsirovun sözlərinə görə, Füzuli rayon İcra Hakimiyyətində qəbulla bağlı heç bir problem yoxdur: “Qəbul günlərindən əlavə Alı Alıyev günün istənilən vaxtı istənilən vətəndaşı qəbul edə bilər. Mən heç kimə deməmişəm ki, başçı heç kimi qəbul etmir. İstənilən vətəndaşı özüm qəbul edirəm və lazım olanda şəxsən başçının qəbuluna salıram. Əgər əməkdaşlarınızdan burda varsa, gəlib maraqlana da bilərlər. Hətta şənbə-bazar günləri başçı kabinetində olarkən vətəndaşların problemləriylə maraqlanır”./aznyus/
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı