Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Bu Quran iplə yazılıb

Suriyalı dərzi kitabın hazırlanmasına 12 il vaxt sərf edib

Dünyanın iplə işlənən ilk Quranı Ginnesin rekorlar kitabına düşəcək. Müqəddəs kitabı suriyalı Məhamməd Maher Hadri hazırlayıb.

Türkiyənin Başakşəhər bələdiyyəsi tərəfindən nümayişə çıxarılan Qurani Kərimin hazırlanması və cildlənməsi 12 il davam edib. Kitab Ramazan ayı boyunca Sular Vadisində sərgilənəcək.

Məhəmməd Maher Hadri özü ixtisasca dərzidir. Dünyada iplərlə işlənən ilk Qurani Kərim qızılı rəngli xüsusi saplarla parça üzərində həkk edilib.

Onun sözlərinə görə, bu əsəri ortaya çıxarmaq istəyi Hələbdə işlədiyi zamanda ortaya çıxıb, bu işdə ən böyük dəstəkçisi isə həyat yoldaşı olub.

Suriyalı dərzi ölkəsində baş verənlərlə bağlı hər şeyini itirdiyini ancaq bu əl işini xilas edə bildiyini deyib.


1713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...