Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Türkiyədə Əhli-beyt (ə) məscidini İŞİD yandırıb

Türkiyənin Esenyurt rayonunda təhdid edilən məscid gecə saatlarında yandırılıb, - AA

Esenyurtun Yenikent Məhəlləsi 664-cü küçəsində yerləşən Məhəmmədiyə Məscidində gecə saatlarında yanğın baş verib. Vətəndaşların xəbər verməsindən sonra hadisə yerinə gələn Esenyurt və Avcılar Xilasetmə qrupları axund otağında başladığı təsbit edilən yanğına müdaxilə edərək söndürüb. Yanğın nəticəsində axund otağı, məscid kitabxanası və minbər ciddi zərər çəkib.

Məscid imamı Həmzə Aydın hadisə ilə bağlı bildirib ki, 10 gün əvvəl bir cavan gələrək onunla mübahisə edib: "Gələn şəxs saqqallı gənc idi. Mənə dedi, "siz Cəfərisiniz, daşa sitayiş edirsiniz, xəlifələri təhqir edirsiniz". Mən belə bir şeyin olmadığını söylədim. Mübahisə yaranınca açıq bir şəkildə məni təhdid etdi: "Sizi yox edəcəyik, sizə şəriəti tətbiq edəcəyik", dedi. Təhlükəsizliyə gedib şikayət etdim. Təhlükəsizlik kameraları işləmədiyindən "əlimizdə görüntü yox idi, bir şey edə bilmərik", dedilər. Bu gecə də gəlib şüşəni qırıb içəri giriblər. Axund otağında olan kitabları yandırıblar. Bir çox dua kitabı, Qurani-Kərim yanıb. Bu necə insanlıqdır? Bu necə müsəlmançılıqdır", - deyə Əhli-beyt (ə) davamçılarından olan məscid imamı bildirib./deyerler/
1434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<