Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Mən şəriətlə heç bir tanışlığı olmayan ailədə böyümüşəm və hətta, atam dinlə müxalif bir şəxs idi. Amma Allahın lütf və inayəti ilə zaman ötdükcə şəriətlə tanış oldum və yavaş-yavaş dini maatifi öyrənməyə başladım. Lakin, bu yol çox uzundur və mən bir müddət imamların vilayəti və mərcəi-təqlid kimi bəzi məsələlərə qarşı diqqətsizlik etmişəm. Bilmək istəyirəm ki, həmin dövrdə qiraətin düzgün tələffüz olması və s. kimi məsələsinə diqqət etmədən qıldığım namazları təzədən qılmalıyammı? Oruc tutduğum ilk illərdə qüsllərimin düzgün olmamasını nəzərə alaraq, tutduğum orucların hökmü nədir? Bunu da qeyd edim ki, əvvəllər valideyinlərim mənə oruc tutmağa icazə vermirdilər.
Ad: Abbas, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Əgər qıldığınız halda qiraətinizin düzgün olmasına yəqinliyiniz olubsa, namazlarınızı qəza etməyiniz lazım deyil, amma qüslünüz düzgün olmayıbsa, namazlarınız batildir, orucunuz isə düzgündür. Əlbəttə, qüslünüzün batil olma surətini yazmağınız yaxşıdır. Məcburi halda açdığınız orucların qəzası lazımdır, lakin kəffarəsi yoxdur.
1685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 09:53