Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2014

Metroda intihara cəhdin ilginc səbəbi

Metronun Elmlər Akademiyası stansiyasında intihara cəhd hadisəsi baş verib.

Stansiyada orta yaşlı bir kişi özünü qatarın altına atmaq istəyib.

Məlumata görə, o, qatar stansiyaya yaxınlaşmamışdan özünü relslərin üzərinə atıb. Bələdçilərin cəld işarəsindən sonra stansiyaya yaxınlaşan qatar tuneldə dayana bilib.

Bununla da faciənin qarşısı alınıb.

Metropolitenin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev axar.az-a açıqlamasında bələdçilərin müdaxiləsi nəticəsində faciənin qarşısının alındığını deyib: “Özünün dediyinə görə, alacağı var, amma ala bilmədiyi üçün intihara cəhd edib. Şəxsin vəziyyəti normaldır. Hadisə ilə əlaqədar qatarların hərəkətində heç bir fasilə yaranmayıb. Artıq intihara cəhd edən şəxs metropoliten işçiləri tərəfindən polisə təhvil verilib”./Musavat/
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02
BU DƏFƏ "RADARA"