Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Səfər Əbiyevin qadağası aradan qaldırıldı

Müdafiə Nazirliyinin nəzdində olan Mərkəzi Ordu İdman Klubuna çağırışçı əsgərin həqiqi hərbi xidmətə gəlməsi yenidən qanuniləşdirilib.

Virtualaz.org xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov öz facebook səhifəsində məlumat verib.

Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun fəaliyyətini həmişə tənqid edən Ü.Cəfərov paylaşdığı statusunda bildirib ki, ölkənin ən böyük güc strukturunda bu gün hərc-mərclik yaratmaq istəyən Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla, onun adı rüşvətdə dəfələrlə hallanan köməkçisi, polkovnik Elxan Məcidovla bağlı təcili ölçü götürülməzsə, xoşagəlməz hadisələr yaşana bilər: “Müdafiə Nazirliyində Mərkəzi Ordu İdman Klubu deyilən bir qurum var idi. Sirr deyil ki, burada hər zaman imkanlı şəxslərin övladları müəyyən maraqlar çərçivəsində “xidmət keçirdilər”. Söz-söhbətlərə son qoymaq üçün ötən illərin birində sabiq müdafiə naziri Səfər Əbiyev bu quruma çağırışçıların (əsgərlərin) qəbulunu qadağan etmişdi. İndi isə Baş Qərargah rəisi əmr imazlayaraq hər çağrışdan 80 nəfər çağırışçı əsgərin ora həqiqi hərbi xidmətə gəlməsini yenidən qanuniləşdirib”.
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı