Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

İŞİD liderinin ABŞ-la əlaqəsi

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkir Bağdadi haqqında daha bir məlumat üzə çıxıb.

Suriyadan sonra İraqı da qana bulayan və orada xəlifəlik elan edən İŞİD lideri Əbu Bəkir Bağdadinin 2005-2009-cu illərdə ABŞ məhbusu olduğu məlum olub.

Mövzu ABŞ Dövlət Departamentinin gündəlik mətbuat brifinqində də gündəmə gəlib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki isə məsələ ilə bağlı sualları cavablandırmaqdan boyun qaçırıb.

"FBI" (Federal Təhqiqatlar Bürosu) tərəfindən başına 10 milyon dollar mükafat qoyulan Bağdadi 20005-2009-cu illərdə – 4 il ərzində Bukka düşərgəsində məhbus həyatı sürüb.

Suriyadan sonra İraqı qana bulayan, xəlifəlik elan edən və FBI-in başına 10 milyon dollar mükafat qoyduğu Bağdadi, 2005 ilə 2009 illəri arasında 4 il Bukka düşərgəsində məhbus qaldı. Bağdadinin ən çox axtarılanlar siyahısında olan fotoşəkilinin də ABŞ tərəfindən həbs edilərkən çəkildiyi bildirilir.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24