Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Ukraynanın qaza görə borcu 5,3 mlrd dollara çatıb

“Qazprom”: Ukraynanın qaza görə borcu 5,3 mlrd dollara çatıb

Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller Ukraynanın qaza görə ümumi borcunun 5,3 mlrd dollara çatdığını bəyan edib.

“BBC”nin verdiyi xəbərə görə, Aleksey Miller, həmçinin, bildirib ki, Ukraynanın “Naftoqaz” şirkəti iyunun 1-dən 16-dək Rusiyadan tədarük etdiyi 1,7 mlrd kubmetr qaza görə 838 mln dolları ödəməyib.

Millerin sözlərinə görə, hazırda, ümumilikdə, 11,535 mlrd kubmetr qaz hələ də ödənilməmiş qalmaqdadır. “Bu il ərzində Polşaya nəql olunan qazın həcminə bərabər olan çox böyük bir göstəricidir”, deyə Miller qeyd edib.
1085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi