Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Rusiya ilə ABŞ arasında “Xaker qalmaqalı”

Xakerlik etdiyinə görə ABŞ-da həbs olunan rusiyalı Roman Seleznev ölkəsinə verilməyəcək.

Seleznev Maldiv adalarında ailəsi ilə birgə istirahət edərkən saxlanılıb və Guam adasına aparılıb.

Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər nazirliyi Seleznevin üçüncü ölkədə həbs olunaraq ABŞ-a aparılmasını qanunsuz adlandırıb.

Qeyd edək ki, Seleznevin kompüterlərə yerləşdirdiyi proqram nəticəsində ABŞ vətəndaşlarının kredit kartı hesablarını ələ keçirtdiyi və nəticədə 2 milyon dollardan çox pul oğurladığı iddia olunur.

Onu da bildirək ki, Seleznevə qarşı oğurluq maddəsi ilə cinayət işi açılıb və dövlət ittihamçısı tərəfindən 30 il həbs cəzası istənilib.
1591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq