Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Ziya Məmmədovun qürubu - həzin son

Asfalt oliqarxı haqda ən son və şok məlumatlar; Nəqliyyat şefi nazir postunda son itkilərini verir; Məmmədovların bir sıra böyük obyektləri, eəcə də “Trump Tower Baku” əllərindən alınıb, media layihəsinin üstündən isə birdəfəlik xətt çəkilib; onların ən böyük biznes ortağı olan “Hafka”nın həbsi xəbəri isə təkzib olunmur

Nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Bu barədə “Yeni Müsavat”a daxil olan son məlumatlara görə, nəqliyyat nazirinin vəzifədən yola salınması hər an reallaşa bilər. Məlumatda qeyd edilir ki, Z.Məmmədov mərhələ-mərhələ tərk-silah olunmuş vəziyyətə gətirilib və onun iri layihələri əlindən alınıb.

Z.Məmmədovun həm nazir kimi bir sıra səlahiyyətləri əlindən alınıb, həm də qeyri-rəsmi imtiyazları, imkanları məhdudlaşdırılıb, biznes obyektlərinin böyük qismini təhvil verməli olub. Z. Məmmədovun “Qarant holdinq”dəki payının böyük hissəsi də başqa bir ələ dövr edilib. Həmçinin onun və oğlu Anar Məmmədovun Bakının mərkəzində köhnə tramvay parkının yerində tikdirdiyi möhtəşəm bina - "Baku Trump Tower" artıq Məmmədovlardan alınıb. Bundan başqa, nazir oğlunun “Qarant holdinq”in tərkibində yaratdığı media holdinq layihəsinin də üzərindən birdəfəlik xətt çəkilib. İlk dəfə olaraq hansısa nazir-oliqarx açıq şəkildə media sektoruna girmək izni almışdı. Z.Məmmədovun yaratmaq istədiyi media holdinqlə bağlı bir sıra işlər görülmüşdü və hətta bir sıra jurnalistlər də bu layihəyə cəlb olunmuşdu. Amma son vaxtlarda Z.Məmmədov və ətrafının hakimiyyətin xoşuna gəlməyən davranışları, onların gənc nümayəndələrinin ictimai xuliqanlıq hərəkətləri bütövlükdə klanın vurulmasına və bir sıra layihələrinin əllərindən alınmasına, bəzi layihələrin isə dayandırılmasına səbəb olub./musavat/
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı