Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Azərbaycanda “İŞİD bayrağı”

Naməlum şəxslər İŞİD-in bayrağı əks olunmuş pərdələrini avtomobillərə taxaraq şəhərdə gəzirlər

Son günlər Azərbaycanda müşahidə olunan məzhəb gərginliyi fonunda növbəti qızışdırıcı hərəkət qeydə alınıb. Ölkənin 3-cü ən böyük şəhəri olan Sumqayıtda İraq-Şam İslam Dövləti (İŞİD) adlanan terrorçu qruplaşmanın bayraqları müşahidə olunub. Sumqayıtda kimliyi bəlli olmayan şəxslər avtomobillərin arxa şüşələrinə İŞİD vəhşi terrorçularının bayrağına bənzər yazı olan qara pərdə vurub.

Qeyd edək ki, İŞİD-in bayrağı qara parçanın üzərində yuxarıda “La ilahə illəllah” (“Allahdan başqa Allah yoxdur”) yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə “Allahın rəsulu Məhəmməd” (s.ə.s) (və ya “Muhəmmədən Rəsulallah”) yazı əks olunub. Məhz ortadakı yazı İslam Peyğəmbərinin (s.ə.s) möhürü hesab olunur. Bu mənada sözügedən avtomobil sahibi pərdəyə İslam Peyğəmbərinin (s.ə.s) möhürünü vurduğunu da iddia edə bilər. Yeri gəlmişkən, Türkiyədə Harun Yəhya kimi tanınan Adnan Oktar da bu möhürdən istifadə edir. Ancaq hazırda bu möhürün elə də geniş yayılmadığı və əsasən İŞİD-in bayrağı kimi tanındığı sirr deyil. Yəni bu günə qədər kimsə Peyğəmbər möhürünü avtomobilinə pərdə olaraq vurmadığı üçün pərdə sahibinin məqsədinin İŞİD-i təbliğ etmək olduğunu demək olar.

Maraqlıdır ki, Azərbaycanda avtomobillərə dini şüarlar vurmaq artıq neçə ildir ki, rəsmən qadağan olunub. Belə olan halda, eyni zamanda İraqda və Suriyada qanlı müharibənin davam etdiyi bir zamanda İŞİD-in bayrağının hansı məqsədlə Sumqayıtda qaldırılması sual olaraq qalır./musavat/


1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46