Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Rusiyadan qayıdan oğul anasını öldürdü

Tovuzda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, 38 yaşlı Əli Vəliyev doğma anası 72 yaşlı Tamilə Quliyevanı bıçaqlayaraq qətlə yetirib.

Qohumların istintaqa verdiyi məlumata görə, cinayəti törədən Əli uzun müddət idi ki, Rusiyada yaşayırdı. Azərbaycana 10 gün idi ki, gələn Əli Vəliyevin belə bir addım atmasına səbəb anası Tamilə Quliyeva ilə mübahisə etmələri olub. Urək nahiyyəsindən bir bıçaq zərbə alan qadın qanı axa-axa qonşuya qaçmaq istəyib. Lakin yarıyolda keçinib.

2 oğul, 1qız anası olan 72 yaşlı Tamilə Quliyeva Tovuz Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi çalışıb.

Hadisəni törədən 38 yaşlı Əli Vəliyev isə cinayətini etiraf edərək polisə bildirib ki, mübahisə zəminində əsəbləşib və hisslərini cilovlaya bilməyib./Publika/
1873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15