Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

"HƏMAS" İsrailin paytaxtı Təl-Əvivə raket zərbələri endirib

Təl-Əvivə atılan raketlərin məsuliyyətini “əl-Qəssam” batalyonları öz üzərinə götürüb

"HƏMAS "ın hərbi cinahı “əl-Qəssam” batalyonlarının atdığı raketlərdən bir neçəsi paytaxt Təl-Əvivə düşüb.

İnterAz-ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, bu gün səhər Təl-Əvivə 4 raket düşüb. Təl-Əvivə atılan raketlərin məsuliyyətini “əl-Qəssam” batalyonları öz üzərinə götürüb.
İsrailin hücumuna cavab olaraq, "HƏMAS" İsrailin bir neçə hava limanına da raket zərbələri endirib. Digər tərəfdən Qəzzədəki səhiyyə mənbələri İsrailin hücumu nəticəsində ölən fələstinlilərin sayının 28-ə çatdığını bəyan edib.

Qeyd edək ki, İsrail iki gün öncə Qəzzə zolağına yeni hücuma keçib. İsrail rəsmiləri bu iki gündə topxanalar, hərbi təyyarələr və gəmilərdən Qəzzənin bütün bölgələrini amansız atəşə tutublar. İsrail ordusu quru qoşunlarından daha 40 minini Qəzzə zolağına yerləşdirməkdədir.

"HƏMAS" İsrail quru qoşunlarının Qəzzəyə girəcəyi təqdirdə ağır zərbələrə məruz qalcağını deyib.
1486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı