Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

Şəmkirdə ailə faciəsi- özünü və arvadını öldürdü

Daxili İşlər Nazirliyi Şəmkir rayonunun Aşağı Seyfəli kəndində baş verən cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-nin verdiyi məlumata görə, Seyfəddin Qarayev arvadını öldürdükdən sonra intihar edib. İyulun 8-də Şəmkir rayonunun Aşağı Seyfəli kəndində Seyfəddin Qarayevin yaşadığı evin yaxınlığında arvadı Bəsdi Zeynalova ilə aralarında münaqişə yaranıb.

Nəticədə Seyfəddin Qarayev ov tüfəngindən atəş açaraq onu, sonra isə özünü öldürüb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb./AzNews/
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber