Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

İraq ordusu edam olunmuş 53 kişi cəsədi aşkar edib

İraq təhlükəsizlik qüvvələri ölkənin Hillə əyalətinin inzibati mərkəzi olan Babil şəhərinin cənubunda ən azı 53 edam edilmiş kişi cəsədi aşkar edib.

SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis və tibb işçiləri məlumat veriblər.

Məlumata əsasən, bir-birinə bağlanmış vəziyyətdə olan kişilər baş və ya sinə nahiyyələrinə açılan atəşlə qətlə yetiriliblər.

Morq nümayəndələri qurbanların təxminən bir həftə əvvəl silahlı şəxslər tərəfindən edam olunduqlarını bildiriblər.
1286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber