Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2014

"Cihadçı" Suriyada britaniyalılardan terrorçu hazırlamağın yollarından danışıb

Britaniyalı yeniyetmələr Suriya xalqını qətliam etmək üçün könüllü olaraq Suriyaya gedirlər.

SalamNews RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu suriyalı "cihadçı" “SkyNews” telekanalına müsahibəsində bildirib.

Özünün dediyinə görə, əvvəllər Hollandiya ordusunda xidmət edən və qocalar evində işləyən Yılmaz iki ildir, Suriyadadır və burada 16-20 yaşlı britaniyalılara təlim keçir.

“Britaniya hökuməti Azad Suriya Ordusu silahlılarını maliyyələşdirir və təlim keçir. Mən isə özümə görə kömək edirəm. Buraya düşmək asandır: insanlar məzuniyyətə yollanırlar, daha sonra isə özlərini Suriyada görürlər.", - Yılmaz belə deyib.

Qeyd edək ki, Suriya və İraqda döyüşən britaniyalılardan bəzilərinin vətənə qayıtdıqdan sonra terror aktı törədəcəkləri ilə bağlı narahatlıq mövcuddur. Lakin Yılmaz bu yeniyetmələrin Britaniya üçün təhlükəli olmadıqlarını hesab edir. Bununla belə, o, gözlənilməzlik elementini istisna etmir.

Bildirək ki, gənclərin böyük hissəsinin Suriyada döyüşmək qərarına gəlməsinə sosial şəbəkələr və "YouTube" videoşəbəkəsindəki çoxsaylı videolar təsir edir.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber