Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Gülər Əhmədova intihar xəbərini təsdiqlədi

Sabiq deputat Gülər Əhmədovanın intihara cəhd etməsi ilə bağlı bu il aprelin 17-də AzNews.az-ın yazdığı məlumatı bugünkü məhkəmə prosesində təsdiqləyib.

Qeyd edək ki, həmin vaxt əldə olunan məlumata görə, G.Əhmədova istintaq müddətində psixoloji gərginliyə dayana bilməyərək intihara cəhd edib.

Sabiq deputat vəkili Raqif Mustafayev vasitəsilə bu məlumata dərhal münasibət bildirən G.əhmədova AzNews.az-a göndərdiyi açıqlamada “İslama görə, intihar edənin məkanı cəhənnəmdir. Hər namazımda Allahdan məni əməl dəftəri sağ əlinə verilənlərdən olmağımı təvəqqe edirəm. Mən heç vaxt intihar etməyəcəyəm. Bunu gözləyənlərin arzusu ürəyində qalacaq. Ölüm Allahın əmridir. Zamanı çatanda hamı Allahın dərgahına yollanacaq. Amma həyatı çox sevirəm. Hələ oğullarımın toyunu görmək, nəvələrimi böyütmək arzusundayam. Inşallah, hər şey aydınlaşacaq. Kimin kim olduğunu Allah öz qeybindən bildirəcək” deyə bildirmişdi.

Bir neçə ay əvvəl dediklərini isə G.Əhmədova bugünkü məhkəmə prosesində təkzib edib. İntihara cəhd etdiyini təsdiqləyən G.Əhmədova “Elşad Abdullayev mənimlə bağlı məlum videonu yayandan sonra şoka düşmüşdüm. Əllimi həyatdan üzmüşdüm. Gözləmədiyim insanlardan gözləmədiyim reaksiyalar gördüm. Bir dəfə 24 saat insult keçirdim. Bir dəfə də intihara cəhd etdim. Hər gün dərman atıb yatırdım” deyə bildirib.
1611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10